top of page

 Konsaltinq bürosu

Mənzilinizin əmlak vergisini ödəyərək nəzərə alın.

  • consburo.com
  • May 16, 2016
  • 1 min read

Kimlərə vergi ödəməkdə güzəşt olunur?

Mənzilə sahib olan şəxslər 2016-cı il üçün yaşadıqları evə (mənzilə) görə hesablanmış əmlak vergisi məbləğinin 50%-i avqust ayının 15-nə kimi, növbəti 50%-i isə noyabrın 15-nə kimi ödənilməlidir.

Aşağıdakı qeyd olunan üzrə 30 manat məbləğində güzəşt əldə edə bilərlər;

- Əsgər ailələri ( müddətli hərbi xidmət dövründə) və pensiyaçılar;

- Müharibə əlilləri;

- Müharibə veteranı adı almış şəxslər;

- Çernobıl AES-də qəza nəticəsində xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər

- Azərbaycan Respublikasının Milli Qəhrəmanları;

- Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları;

- Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri);

- 1941—1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslər.

Əmlak vergisi əmlakın (mənzilin, binanın) ümumi sahəsinin hər kvadratmetrinə (30 kvadratmetrdən yuxarı hissəsinə) regionlar üzrə aşağıdakı vergi məbləğini tətbiq etməklə hesablanır.

Bakı 40 qəpik, (yerləşdiyi ərazidən asılı olaraq vergi məbləğinə əlavə əmsal tətbiq olunur)

Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu 30 qəpik,

Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri 20 qəpik

Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) 10 qəpik


Избранные посты
Недавние посты
Архив
Поиск по тегам
Мы в соцсетях
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square

© 2023 «Консалтинговое  бюро». 

bottom of page