Vergi Məcəlləsi : quş əti artıq kənd təsərrüfatı məhsulu deyil ...
- Vəli Əliyev
- Jan 5, 2017
- 1 min read

Quş əti kənd təsərrüfatı məhsulu hesab edilmədiyi üçün 2017-ci ilin yanvarından başlayaraq broyler quşçuluq fabrikləri kəsilərək satılan quş ətinə görə mənfəət vergisi ödəməlidirlər.
01 yanvar 2017-ci il tarixdən Vergi Məcəlləsinə edilmiş dəyişikliklər qüvvəyə minmişdir. ilk dəfə olaraq Vergi Məcəlləsində kənd təsərrüfatı məhsullarının istehsalı və satışı barədə yeni anlayışlar verilmişdir.
Maddə:13.2.60. kənd təsərrüfatı məhsullarının istehsalı - sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və digər yerlər) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi;
Maddə:13.2.61. kənd təsərrüfatı məhsullarının satışı - bu Məcəllənin məqsədləri üçün aşağıdakı tələblər çərçivəsində kənd təsərrüfatı məhsullarının təqdim edilməsi:
Maddə:13.2.61.1. istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməlidir;
Göründüyü kimi quş əti kənd təsərrüfatı məhsulu hesab edilmədiyi üçün 2017-ci ilin yanvarından başlayaraq broyler quşçuluq fabrikləri kəsilərək satılan quş ətinə görə mənfəət vergisi ödəməlidirlər.