top of page

 Konsaltinq bürosu

Lizinq əməliyyatlarının ƏDV-dən xilas edilməsi.

  • consburo.com
  • Feb 9, 2017
  • 1 min read

Növbəti uğurumuz silsiləsindən.

12 yanvar 2017-cı il tarixdə keçirilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun Qərarı lizinq şirkətlərinin vergi orqanları ilə uzun müddət davam edən mübahisəyə son qoydu.

Artıq qəti, heç bir orqan və ya şəxs tərəfindən ləğv edə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz qərar aşağıdakıları təyin edir :

1. Lizinq obyektinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi və ya fiziki şəxsə verilməsi istisna edilmir.

2. Lizinq müqaviləsi üzrə lizinq verən satıcı (mal verən) ilə alqı-satqı müqaviləsi bağlamalıdır. Alqı-satqı müqaviləsi lizinq müqaviləsindən əvvəl bağlana bilər, bu zaman həmin müqavilənin xüsusi olaraq lizinq məqsədləri üçün bağlandığı göstərilməlidir.

Mülki qanunvericilikdə lizinq müqaviləsi üzrə satıcı və lizinq verənin müqavilənin ayrı-ayrı tərəfləri olması ilə yanaşı, eyni şəxs ola bilməsi istisna edilmir.

3.İcarəyə verənlə (lizinq verənlə) satıcı vergitutma məqsədləri üçün eyni şəxs ola bilər. Bu zaman lizinq verən həm satıcı kimi lizinq obyektinin təqdim edilməsi qismində mənfəət vergisinə cəlb edilməli, həm də icarəyə verən (lizinq verən) kimi mənfəət vergisinə cəlb edilərək faiz gəlirlərindən mənfəət vergisi ödəməlidir.

Beləliklə yuxarıda qeyd edilmiş əməliyyatlar zamanı ƏDV üzrə öhdəliklər YARANMIR.


 
 
 
Избранные посты
Недавние посты
Архив
Поиск по тегам
Мы в соцсетях
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square

© 2023 «Консалтинговое  бюро». 

bottom of page